Şimali və Cənubi Koreya sərhədi yaxınlığında partlayış törədilib
16 İyun 2020 16:54 DünyaŞimali Koreyanın Cənubi Koreya ilə sərhədi yaxınlığında yerləşən Keson şəhərində partlayış törədilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən və hər iki ölkə üçün açıq olan sənaye kompleksində baş verib.
İlkin məlumatlara əsasən, Şimali Koreya rəhbərliyi ölkələrarası rabitə ofisini partladıb.
Xatırladaq ki, ötən həftə rəsmi Pxenyan Seulla bütün əlaqələrin dayandırıldığını elan eləmişdi. Bu gün səhər saatlarında isə Şimali Koreya Cənubi Koreya ilə sərhədləri möhkəmləndirmək niyyətini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31