Azərbaycanın işğal altında olan ərazisində koronavirusa yoluxma halları artıb

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilib.

Bu barədə məlumatı qondarma rejimin "Səhiyyə Nazirliyi" yayıb.

Məlumata görə, bölgədə koronavirusa yoluxanların sayı 79-a çatıb. Onlardan 54 nəfəri sağalıb.

Bildirilib ki, işğal altında olan ərazidə 99 nəfər karantinə alınıb.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31