Dərsə getmək istəmədi, məktəbə od vurdu

Rusiyanın Novosibirsk vilayətinin Kupinsk rayon sakini olan şagird məktəbi yandırdığı üçün məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə Kupinsk Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, rayonun Pokrovka kəndinin 17 yaşlı sakini 2020-ci ilin yanvarın 8-də tətildən qayıtdıqdan sonra məktəbə getmək istəməyib və qərara gəlib ki, oranı yandırsın. Bu məqsədlə şagird gizlicə direktorun otağına girərək müşahidə kameralarını söndürüb. Daha sonra coğrafiya otağına keçib və divarda asılan xəritələrə od vurub. Alovun yayıldığına əmin olduqdan sonra məktəbi tərk edib. Məktəb tamamilə yanıb.

Hazırda şagirdi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31