Rusiyanın peyvəndi hazırdır: ilkin olaraq o şəxslərə vurulacaq
16 İyun 2020 15:01 DünyaKoronavirusa qarşı hazırlanan peyvəndin könüllülər üzərindəki testləri yaxın zamanda başlayacaq.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, Milli "Qamaley Epidemioloji və Mikrobioloji Araşdırma Mərkəzinin mütəxəssisləri testlərin başlaması üçün hazırlıqların tamamlandığını bildirib. Prosesin startı üçün 2 həftəlik karantin rejiminin bitməsi gözlənilir.
Sınağın ilkin mərhələsində məqsəd bir qrup könüllü üzərində peyvəndin etibarlılığı və tərkibinin dözümlülüyünü ölçməkdir. Bu mərhələdən sonra peyvəndinin effektivliyinin ölçülməsi və antikor yaradıb-yaratmadığının analizi üçün bütün könüllülərə peyvənd vurulacaq.
Qeyd edək ki, könüllülərdən bir qrupu əsgərlərdən, digəri mülki vətəndaşlardan ibarətdir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31