Türkiyə Çada süni tənəffüs cihazları göndərdi

Çad koronavirusla mübarizədə tibb ləvazimat çatışmazlığı yaşayır.

Olaylar.az bildirir ki, Çadın Səhiyyə naziri bildirib ki, yeganə ləvazimatları Türkiyədən göndərilən süni tənəffüs cihazılarıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə təcili yardım avtomobili də daxil olmaqla Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tibbi ləvazimatlar Milli Müdafiə Nazirliyinə məxsus A400M tipli yük təyyarəsi ilə may ayının 26-da Çad Respublikasına göndərilib.

Qeyd edək ki, Çadda bu günə qədər 850 nəfər koronavirusa yoluxub, 73 nəfər həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31