Məktəblərdə kütləvi qətllər hazırlayan uşaq saxlanılıb
15 İyun 2020 13:48 DünyaRusiyanın Volqoqrad şəhərində qırğın hazırlayan 2005-ci il təvəllüdlü məktəbli saxlanılıb.
Saxlanılan şəxsdən evdə hazırlanmış partlayıcı qurğu və komponentlər, soyuq silahlar götürülüb.
Eyni zamanda təhsil müəssisələrinə silahlı hücum təşkil etmək üçün bomba hazırlamaq, eləcə də təlimatlar olan rabitə və əlyazma qeydləri də tapılıb.
Rusiya Cinayət Məcəlləsinin 223.1 ("Partlayıcı maddələrin qanunsuz istehsalı") maddəsi ilə saxlanılan şəxsə cinayət işi açılıb.
Aprel ayında yeniyetmənin Tümen bölgəsindəki bir məktəbə hücumunun qarşısı alınıb.
cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31