700 pişiyi restorana satarkən saxlanıldılar

Yeni növ koronavirus (COVİD-19) infeksiyasından sonra pişik və iti ətinin restoran və kafelərdə istifadəsi qadağan olunsa da, qaçaqmalçılar gizlin yolla bu işi davam etdirməkdədir. 

Çinin Şanxay əyalətinin Linfen şəhərində 700 pişik restorana satılarkən saxlanılıb.

Rəsmilərin bildirdiyinə görə, bir sıra infeksion, parazit xəstəliklər heyvanlardan insanlara keçdiyindən it, pişik və digər bəzi heyvanların ətinin restoran, kafelərdə istifadəsi qadağan olunub. Lakin bu qərardan sonra qaçaq yolla bu işi davam etdirənlər çoxalıb. 
 
Pandemik xəstəliklərlə məşğul olan "Global Virome Projesi" qurumunun açıqladığına görə, vəhşi heyvanlar  aləmində 1,7 milyondan çox kəşf edilməmiş virus var. Bu virusların insan həyatı üçün təhlükəli olduğu ehtimal olunur. (ölkə.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31