Özbəkistanda karantin rejimi avqustun 1-dək uzadıldı
15 İyun 2020 10:59 DünyaÖzbəkistanda qırmızı, sarı və yaşıl regionlara bölünən vilayət və rayonların hamısında gücləndirilmiş sanitar-gigiyena normalarına əməl etməklə karantin rejimi avqustun 1-dək uzadılıb.
Publika.az xəbər verir ki, ölkədə bununla bağlı qərar qəbul edilib.
Bildirilir ki, sarı və yaşıl ərazilərdə özəl uşaq bağçaları iyunun 15-dən, dövlət uşaq bağçaları isə avqustun 1-dən açılacaq.
İyulun 1-dən sarı və yaşıl ərazilərdə kafe, restoran və geyim bazarları da qapılarını açacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31