Papadan Vatikan çağırışı: Sülh, sabitlik...

Roma Papası Fransisk Liviyadakı hadisələrlə bağlı narahatlığını bildirib və tərəfləri sülhə, sabitliyə və ölkənin birliyinə nail olmaq məqsədilə yollar axtarmağa çağırıb.

Papa bununla bağlı Vatikandakı Müqəddəs Pyotr meydanındakı ənənəvi bazar günü çıxışında deyib.

"Böyük narahatlıq və ağrı ilə Liviyadakı dramatik hadisələri izləyirəm. Bu mənim son vaxtlar etdiyim dualarımda yer alıb", - Papa bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31