Fransada aksiyaların keçirilməsinə qoyulan qadağa ləğv edildi
14 İyun 2020 16:09 DünyaFransa Dövlət Şurası yeni növ koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı ləğv edib.
Bu barədə qərar dünən axşam qəbul edilib.
Toplaşmaq azadlığının fundamental hüquq olduğu qeyd edilən qərara əsasən, aksiyaçıların sayı 5 min nəfəri ötməməlidir. Aksiya barədə öncədən şəhər bələdiyyəsi, yaxud polisə məlumat verilməlidir.
Koronavirusun yayılması ilə tədbirlər görülməyəcəyi və aksiyaçıların sayı 5 min nəfəri ötəcəyi halda hakimiyyə aksiyanı qadağan edə bilər.
Qeyd edək ki, Fransa hökuməti koronavirus infeksiyası ilə əlaqədar mayın 31-də ölkədə aksiyaların, görüşlərin keçirilməsi, ictimai yerlərdə 10 nəfərdən artıq toplaşmanı qadağan etmişdi.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31