Rusiyada daha 119 nəfər pandemiyanın qurbanı oldu
14 İyun 2020 13:52 DünyaRusiyada ötən gündən koronavirusa 8835nəfər yoluxub.
Bu barədə koronavirusa qarşı mübarizəyə dair əməliyyat qərargahından bildiriblər.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış daha 119 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə ümumilikdə 528 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 050 nəfər müalicə olunaraq sağalıb, 6 948 nəfər vəfat edib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31