Ermənistanda daha 663 nəfərdə koronavirus aşkarlanıb
14 İyun 2020 13:53 DünyaErmənistanda koronavirus infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 16 667-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 269-a çatıb.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 82 324 test aparılıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31