Moskvada COVID-19-dan daha 50 nəfər öldü

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 50 əfər ölüb.

Bu barədə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə əməliyyat qərargahından bildiriblər.

Ümumilikdə paytaxtda koronavirusdan 3281 nəfər ölüb.

Moskvada bu günə kimi təhlükəli virusa 204 min yoluxma qeydə alınıb. Virusa yoluxmuş təxminən 120 min pasiyent sağalıb.

Rusiyada isə COVID-19-a 520 mindən çox yoluxma aşkarlanıb. Bununla yanaşı, 275 min insan virusdan sağalıb, 6 829 min nəfər vəfat edib.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31