BMT-də iş məsafəli qaydada davam edəcək
BMT-də iş məsafəli qaydada davam edəcək
14 İyun 2020 10:54 DünyaBMT-nin Nyu-Yorkdakı əsas mənzil-qərargahında çalışan əməkdaşlar iyul ayının sonunadək məsafəli qaydada işləyəcəklər.
"RİA Novosti" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin üzv ölkələrin nümayəndələrinə ünvanladığı məktubda bildirilir.
"Biz son üç ayda videokonfranslardan uğurla istifadə etdik. Bir daha bu çətin günlərdə işgüzarlığınıza və fədakarlığınıza görə sizə təşəkkür edirəm. Əmin olun ki, sizin sağlamlığınız və təhlükəsizliyiniz mənim üçün əsas prioritetdir", - A.Quterreşin diplomatik nümayəndələrə göndərdiyi məktubda qeyd olunub.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, mart ayından BMT əməkdaşlarının iclasları videobağlantı formatında keçirilir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31