12 ildir yağış yağmayan bölgə “ağ örpəyə” büründü
13 İyun 2020 20:30 Dünya12 ildir yağışa həsrət qalmış Cənubi Afrika Respublikasının quraqlıq bölgəsində yaşayan sakinlər qarın yağmasını təəccüblə qarşılayıblar.
REN TV xəbər verir ki, hadisə CAR-ın Сənubi Kaps əyalətinin Kalvin şəhərində qeydə alınıb.
Şəhər sakinləri bu yağıntının möcüzəyə bərabər olduğunu bildirərək, ilk dəfə qar gördüklərinə görə xoşbəxt olduqlarını söyləyiblər.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31