Zelenskinin müşaviri də virusa yoluxdu

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisində koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu barədə məlumatı "Strana.ua" yayıb. Məlumata görə, Zelenskinin müşaviri Ruslan Demçenko və Daxili Miqrasiya naziri Aleksiy Reznikov virusa yoluxub.

Sözügedən şəxslərin bir neçə gün əvvəl Parisdə Fransa prezidentinin xarici siyasət müşaviri Emanuel Bonn ilə görüşdüyü bildirilib.

Qeyd edək ki, ötən gün Ukrayna prezidentinin xanımı Yelena Zelenskayanın da koronavirusa yoluxması barədə informasiya yayılmışdı.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31