Fransa 15 iyundan etibarən sərhədlərini açır
13 İyun 2020 20:04 DünyaFransa yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində bağladığı sərhədləri yenidən açacaq. İyunun 15-dən etibarən ilk olaraq Avropa Birliyi daxilindəki ölkələrlə sərhədlər açılacaq, iyulun 1-dən etibarən isə digər ölkələrlə sərhədlərin açılması və gediş-gəlişin bərpa edilməsi qərarına gəlinib.
Bu barədə Fransanın Xarici İşlər naziri Jan Le Drianın və Daxili İşlər Naziri Kristof Kastan ortaq qərar veriblər. Onların sözlərinə görə, Fransadakı pandemik vəziyyət getdikcə yaxşılaşır və bu qərarı Avropa Birliyi Komissiyası da tövsiyyə edib.
Qeyd edilib ki, tələbələrin ölkəyə girişi və çıxışı onların Avropa Birliyindən kənar ölkədən olmasına baxmayaraq həyata keçiriləcək. Artıq 15 iyun tarixindən etibarən tələbələrin Fransaya girişi və çıxışı sərbəst şəkildə təmin ediləcək.
sia.az