Moldova fövqəladə vəziyyət rejiminə qayıtmayacaq

Moldova fövqəladə vəziyyət rejiminə qayıtmayacaq

Moldovada iqtisadi və sosial fəaliyyətin bəzi növləri ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb: bazarlar, ticarət mərkəzləri, restoranlar və digər obyektlər açılıb. Lakin son iki gündə COVID-19-a yoluxma ilə bağlı yeni halların sayı üzrə antirekord müşahidə olunur.

Moldova Prezidenti İqor Dodon "Prezident cavab verir" verilişinin efirində bu barədə danışıb. Onun sözlərinə görə, son iki gündə təkcə Moldovada deyil, bütün dünyada antirekord müşahidə olunur, çünki bir sıra ölkələrdə karantin rejimi yumşaldılıb.

Prezidentin sözlərinə görə, Moldovada koronavirusa yoluxma hallarının çox olması ölkə vətəndaşlarının təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsidir. O qeyd edib ki, yeni yoluxma hallarının artmasına baxmayaraq ölkə fövqəladə vəziyyət rejiminə qayıda bilməz, çünki hökumətin fikrincə indiki mərhələdə ölkənin iqtisadi fəaliyyətini dayandırmaq olmaz.

Xatırladaq ki, Moldova Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 10.727-yə bərabərdir. Son sutka ərzində 406 nəfər xəstələnib. Yoluxanların 6.072 nəfəri sağalıb, 375 nəfər vəfat edib.

azertag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31