Moskvadan Kiyevə daha bir zərbə: Luqanskda 110 min sakinə Rusiya pasportu verilib

Separatçılar tərəfindən işğal edilən "Luqansk Xalq Respublikası"nda 110 mindən çox sakin Rusiya pasportunu alıb.

Bunu qondarma respublikanın lideri Leonid Paseçnik 12 iyunda "Tvitter"də bildirib.

"Hər bir inteqrasiya addımı bizi Rusiyaya daha da yaxınlaşdırır. LXR-in 110 mindən çox sakini böyük bir ölkənin tam vətəndaşı oldu. Donbass xalqı tarixi vətənlərinə qayıdır. Əziz həmvətənlər, əziz ruslar, sizi Rusiya Günü münasibətilə təbrik edirəm!", deyə Paseçnik yazıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Donbassdakı seçki şərtlərini açıqlamışdı. Ukrayna nümayəndə heyəti irəliləyişə nail olmaq üçün əlavə görüşün keçirilməsini təklif edib.

Həmçinin, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın "Luqansk və Donetsk Xalq Respublikaları" ilə danışıqlar aparmayacağını söyləyib.

Xarici İşlər naziri Donbassdakı nizamlanma ilə bağlı danışıqlarda Ukrayna tərəfinin əsas "qırmızı xətti"ni açıqlayıb.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31