Ermənistan polisi daha bir fəalı tutub
12 İyun 2020 15:32 DünyaErmənistan polisi təkbaşına etiraz aksiyası keçirən daha bir fəalı tutub. Həmin şəxs "İctimai Nəzarət Mərkəzi"nin rəhbəri Babken Arutyunyandır.
"Polis məni təkbaşına piket keçirdiyim üçün saxlayıb, hara apardıqlarını bilmirəm. Fövqəladə vəziyyət rejiminin uzadılmasına "yox" deyirik. Nikol bizi bütün hüquqlarımızdan məhrum edir", - deyə Arutyunyan "Facebook"da yazıb.
Xatırladaq ki, Ermənistan polisi parlament binası qarşısında təkbaşına etiraz aksiyası keçirən hüquq müdafiəçisi Ruben Melikyanı da tutub.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31