Gürcüstanda toy və yaslara qoyulan məhdudiyyət uzadıldı
Gürcüstanda toy, yas mərasimləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi iyulun 15-dək qadağan olunub.
12 İyun 2020 15:06 DünyaGürcüstanda toy, yas mərasimləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi iyulun 15-dək qadağan olunub.
Bu barədə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.
O deyib ki, 10 nəfərdən insanın bir yerə toplaşması hallarında cərimələr tətbiq olunacaq: "Bu cür pozuntular aşkar olunarsa, mərasimdə olan fiziki şəxsin hər biri 2 min lari, hüquqi şəxs isə 10 min lari məbləğində cərimələnəcək".
Parlament üzvü vətəndaşlara müraciət edərək onları iyulun 15-dək heç bir kütləvi tədbir keçirməməyə çağırıb.
banker.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31