“Ermənistanda baş verənlər ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir" - Artur Vanesyan
12 İyun 2020 14:12 DünyaEduard Martirosyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilməsinin səbəbi barədə dəqiq məlumatım yoxdur. Bu sözləri sözügedən sayta müsahibəsində "Rodina" partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan bildirib.
"Ancaq deyə bilərəm ki, "cadugər ovu orta əsrlər Avropasında, inkvizisiya dövründə aparılıb. Sonra da şeytanı yox, guya şeytana ibadət edən insanları axtarırdılar. Bu, sadəcə iyrəncdir. Bu gün Ermənistanda baş verənlər ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir", deyə Vanesyan bildirib.
Xatırladaq ki, 29 yaşlı Arişti Karamyan Ermənistan Milli Təhlükəsizlik Şurasının direktoru vəzifəsinə təyin olunub və bu da həmin ölkədə narazılıqla qarşılanır.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31