Ermənistanda fövqəladə vəziyyət uzadıldı
Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 13-dək uzadılıb.
12 İyun 2020 12:54 DünyaErmənistanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 13-dək uzadılıb.
Bu barədə hökumətin iclasında qərar qəbul edilib.
Qeyd edək ki, ölkədə martın 16-da elan edilmiş fövqəladə vəziyyət bir neçə dəfə uzadılıb. Hazırda qüvvədə olan fövqəladə vəziyyə rejimi iyunun 13-də başa çatmalı idi.
Bu günədək Ermənistanda 15 mindən çox şəxs koronavirusa yoluxub, 258 nəfər vəfat edib.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31