Türkiyə ABŞ-a uçuşları bərpa edir

Türkiyə Hava Yolları 19 iyundan etibarən ABŞ-a uçuşların həyata keçirilməsini bərpa edir. Bu barədə Türkiyə Hava Yollarının Baş direktoru Bilal Ekşi məlumat verib.

ABŞ-da pandemiyanın qarşısını almaq məqsədilə Türkiyə ilə uçuşlar dayandırılmışdı. Türk Hava Yolları ABŞ-a reyslərin yenidən ərpa edilməsi ilə bağlı yeni qərar qəbul edib.

İlk növbədə Şimali Amerikaya uçuşlar təşkil ediləcək. Əvvəlcə Çikaqoya, Vaşinqtona və Los Ancelesə uçuşlar bərpa ediləcək. Plana əsasən uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Los Ancelesə uçuşlar 24 iyun tarixindən etibarən başlayır.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31