Misirdə komendant saatı uzadıldı

Misir hakimiyyəti çimərliklər və parkların bağlanması daxil olmaqla, koronavirusla əlaqədar məhdudiyyətləri iyunun sonuna qədər uzadıb. Bu barədə ölkənin İnformasiya naziri Usamə Haykal deyib.

"Komendant saatı bazar günündən başlayaraq axşam saat 8-dən səhər 04-dək davam edəcək. Hazırda komendant saatı 20.00-dan 05.00-dəkdir".

Nazir, həmçinin mağazaların həftənin bütün günlərində bir saat artıq - saat 18.00-a qədər işləməsinə icazə veriləcəyini söyləyib.

Çimərliklərə və parklara ziyarət qadağası iyunun sonuna qədər qüvvədə qalır, məhdud sayda əməkdaş dövlət qurumlarında işləməyə davam edəcək.

Bununla yanaşı, idman klubları iyunun 15-də işlərini bərpa edir, iyulun 1-dən etibarən isə koronavirus göstəricilərinin ən aşağı olduğu əyalətlərlə hava əlaqəsini bərpa etmək planlaşdırırlar.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 38,2 min koronavirus xəstəsi qeydə alınıb, 1342 nəfər ölüb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31