Ukraynalı müğənni deputatlıqdan imtina etdi
11 İyun 2020 17:09 DünyaUkraynalı məşhur musiqiçi, "Okean Elza" qrupunun lideri Svyatoslav Vakarçuk deputatlıq mandatından imtina etmək qərarına gəlib.
Vakarçuk bunu jurnalistlərə açıqlamasında deyib.
O, missiyasını qismən yerinə yetirdiyini, Radadakı Qolos Partiyasının fraksiyasının formalaşdığını bildirib. Bununla belə siyasətdən imtina etməyəcəyini və Qolos Partiyasında fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Qolos Partiyası 2019-cu ildə yaradılıb. Partiyanın rəhbəri Vakarçukdur. Onun partiyası Radada 20 mandata sahibdir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31