Kovid-19 vaksini payızda hazır olacaq

Dünyanı təsiri altına alan yeni tip koronavirusa qarşı vaksinlər payızda hazır olacaq.

Bu barədə elm adamı Dr. Zonq Nanşan məlumat verib. İngiltərə hökuməti tərəfindən koronavirus ilə mübarizə üsulu olaraq ortaya atılan kütlə immunitetinin 30-40 milyon insanın ölümünə səbəb ola biləcəyini söyləyən Dr. Nanşan "bir ölkənin əhalisinin 60-70%-i kütlə immuniteti səbəbi ilə infeksiyaya yoluxmalıdır. Əgər elə olsa, bunların yüzdə yeddisi xəstəlik səbəbi ilə öləcək. Bu şokedicidir, çox bahadır" - deyə qeyd edib.

Çinli elm adamları tərəfindən hazırlanan bəzi vaksinlərin payızda "təcili istifadə" üçün hazır olacağını söyləyən 83 yaşlı Nanşan "bəziləri bəlkə bu il sonuna qədər istifadə edilə bilər. Təcili vəziyyət olsa, payız və ya qış aylarında hazır olacağına inanırıq" deyib.

Primetime.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31