Norveçdə məsciddə atışma açan şəxs ən ağır cəzanı aldı

Norveç məhkəməsi ötən ilin avqustunda paytaxt Oslo yaxınlığında atışma törətmiş Filip Manshausu 21 il müddətinə azadlıqdan məhrum edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, məhkum 14 ildən sonra azadlığa çıxa bilər.

Qeyd edək ki, F.Manshaus 2019-cu ilin avqustunda ögey bacısını qətlə yetirdikdən sonra yaxınlıqdakı məsciddə atəş açmışdı. Həmin insident nəticəsində bir neçə nəfər yaralanmışdı.

Norveç qanunvericiliyinə əsasən, ən ağır cəza müddəti 21 ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31