Türkiyədə bu gündən beynəlxalq uçuşlara start verilir
11 İyun 2020 14:27 DünyaTürkiyənin "Sabiha Gökçen Beynəlxalq Hava Limanı"nda bu gündən xarici dövlətlərə uçuşlar başlayır.
İlk uçuş yerli vaxtla 08:40-da, İstanbuldan Londona olacaq.
Ardınca "Anadolujet" Amsterdam, Düsseldorf, Frankfurt, Berlin, Münhenə səfərlər edəcək.
Eyni zamanda, Ankaranın "Esenboğa Hava Limanı"ndan Berlinə səfər planlaşdırılır.
Qeyd edək ki, Türk Hava Yolları koronavirusa görə martın 28-dən uçuşları təxirə salmışdı. Ölkədə daxili uçuşlar artıq iyunun 1-dən başlayıb.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31