Qumarbazlara qarşı əməliyyatda qeyri-adi həbs - Eşşək tutuldu - Pakistanda

Pakistanda qanunsuz qumarla məşğul olan dəstəyə qarşı əməliyyat keçirilib.

Olaylar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində qeyri-adi hadisə yaşanıb. Belə ki, 8 nəfər və 1 eşşək saxlanılıb. Polis təhqiqatı materialında eşşəyin saxlanılma səbəbi olaraq "dəstəyə yardım etməsi" göstərilib.

Pakistan mətbuatı xəbəri "Eşşək qumarbazlar dəstəsinə yardım etdiyi üçün saxlanıldı" şəklində tirajlayıb.

Əməliyyat çərçivəsində həmçinin 120 min Pakistan rupisi (təxminən 1200 manat) ələ keçirilib.

Hadisə sosial şəbəkədə də gündəm olub. İstifadəçilərdən biri saxlanılanlar barəsində, "8 eşşək və 1 adam" ifadəsini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31