Ukraynanın keçmiş prezidenti 10 il azadlıqdan məhrum edilə bilər
11 İyun 2020 13:31 DünyaUkraynanın keçmiş prezidenti Pyotr Poroşenko 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Bu barədə Almaniyanın "Spiegel" nəşri xəbər yayıb.
Dünən Ukrayna Baş Prokurorluğu sabiq dövlət başçısını 2018-ci ildə Sergey Semoçkonun qanunsuz olaraq Ukraynanın Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı cinayət işində ittiham edib.
Poroşenkonun özü ona qarşı başladılan cinayət işini siyasi sifariş adlandırıb.
paralel.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31