Tonoyan koronavirus testindən keçib

Ermənistanın müdafiə naziri David Tonoyan koronavirus testindən keçib.

Bu barədə nazirin mətbuat katibi Şuşan Stepanyan bildirib. 

Onun sözlərinə görə, Tonoyan vaxtaşırı COVID-19 üçün testdən keçir. Sonuncu dəfə 10 iyunda müayinə aparılıb. Nazirin nəticəsi mənfidir. 

Xatırladaq ki, bu günə olan məlumata əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 14 669-a çatıb, 245 nəfər ölüb. 

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31