Bu ölkədə 419 tibb işçisi COVİD-19-a yoluxdu

Qırğızıstanda koronavirusa 36 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 2129-a çatıb. Onlardan 419 nəfəri tibb işçisidir. İndiyədək 1630 nəfər sağalıb, 26 xəstə həyatını itirib.

Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31