Türkiyədə 41 vilayətin valiləri dəyişdirildi
10 İyun 2020 18:17 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 41 vilayətində valiləri dəyişib.
Bu barədə qərar Türkiyənin rəsmi qəzetində dərc edilib.
Valilərdən 23-ü digər vilayətlərə keçirilib, 18 nəfər isə azad edilib. Onlardan 17-i mərkəzi aparatda iş üçün çağırılıb. Muğla vilayətinin valisi Esengül Civelek Türkiyə prezidentinin baş müşaviri təyin edilib.
Vali dəyişikliyi İzmir, Antalya, Konya, Diyarbəkir kimi vilayətlərə də şamil edilib.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31