Eyni maskanı dəfələrlə taxdı, həkimlik oldu
10 İyun 2020 18:20 DünyaAktrisa Esra Akkaya koronavirusdan qorunmaq üçün eyni maskanı bir neçə dəfə istifadə edib.
O, bu səbəbdən gözündə ciddi problemlərin yarandığını qeyd edib.
"Gözyaşı yolu iltihabı olmuşam. Çox qəribə bir şeydir, maskadan yaranan xəstəlikdir. Etiraf edirəm, bir maskadan dəfələrlə istifadə etmişəm. Yəni burundan gözyaşı yoluna bir çox bakteriyalar gedə bilər. Ağlıma belə gəlməzdi. Siz diqqətli olun", - deyə aktrisa instaqramda bildirib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31