Çində daha bir fəlakət baş qaldırdı: milyonlarla insan TƏHLÜKƏDƏDİR

Çində aramsız yağış və törətdiyi sel nəticəsində minlərlə insan məskunlaşdığı ərazidən təxliyə olunub.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Xəbərə görə, Fövqəladə Hallar Nazirliyi ölkənin cənub zonalarında 1 həftədən çoxdur davam edən leysan yağışlarına görə 228 min nəfəri təhlükəsiz yerlərə köçürüb.

Yağış və sel 2 milyon 630 minə yaxın insanın həyatına təsir göstərib. 1 300 ev dağılıb, 4 milyard yuandan (566 milyon dollar yaxın) çox ziyan dəyib.

110 çayın su səviyyəsi təhlükəli həddə çatıb.

Təkcə Quanqşi Cuanq Muxtar Vilayətində 6 nəfər təbii fəlakət nəticəsində dünyasını dəyişib. Hunanda isə 1 nəfər ölüb. Quicou əyalətində 8 nəfər selin qurbanı olub. İtkin düşənlər var.

Son rəqəmlərə görə, Çində 83 min 46 nəfər koronavirusa yoluxub, 4 min 634 nəfər dünyasını dəyişib.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31