Poroşenko cinayət işində şübhəli sayıldı
10 İyun 2020 15:42 DünyaUkraynanın sabiq prezidenti Pyotr Poroşenko Xarici Kəşfiyyat İdarəsinin rəhbərinə qeyri-qanuni əmr vermək ittihamı ilə rəsmi şəkildə şübhəli hesab olunub.
Bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosundan məlumat verilib.
Qurum sabiq dövlət başçısının həbs olunması üçün vəsatət hazırlayır.
Qeyd edək ki, P.Poroşenkonun adı dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş gəlirlərin ofşor şirkətlər vasitəsilə leqallaşdırılması, məhkəmə fəaliyyətinə müdaxilə, ordudan oğurlanan pulların "yuyulması" və konstitusiya quruluşunu devirmək cəhdləri ilə bağlı açılmış bir sıra cinayət işlərində hallanır. Onların əksəriyyətində sabiq prezident şahid qismində çıxış edir.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31