Eyfel qülləsi bu tarixdən turistlər üçün açılır
10 İyun 2020 14:36 DünyaParisdə Eyfel qülləsi iyunun 25-dən etibarən turistləri qəbul edəcək.
Bu barədə Eyfel qülləsinin rəsmi saytında deyilir.
Qeyd olunur ki, 11 yaşından yuxarı turistlər üçün maska taxmaq məcburi olacaq.
Xatırladaq ki, Eyfel qülləsi koronavirus pandemiyası ilə əlaqədar mart ayında turistlər üçün bağlanmışdı. Bu, İkinci dünya müharibəsindən sonra qüllənin bağlı qaldığı ən uzun müddət olub.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31