"Rus xalqı Krıma görə utanacaq"- Zelenski
10 İyun 2020 14:38 DünyaMoskva ilə Kiyev arasındakı əvvəlki münasibətləri bərpa etmək üçün lazım olan müddət hələ bilinmir, lakin Krım Ukraynaya verilməsə, iki xalq arasında münasibətlər qurmaq mümkün deyil.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Krım geri qaytarılmadan Ukrayna və Rusiya xalqlarına, gələcək nəsillərə normal, səmimi, mehriban ünsiyyət qurmaq üçün fürsət olmayacaq ", - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, rus xalqı Krıma görə bir neçə ildən sonra utanacaq.
Prezident əminliklə bildirib ki, yarımada yenidən Ukraynanın olacaq:
"Bu münasibətləri əvvəlki qaydaya salmaq üçün neçə il lazımdır, bilmirəm. Buna cavabım yoxdur. Amma ölkələr coğrafi mövqelərinə görə bir-birlərinə hörmət etməlidir. Biz qonşuyuq və bu evdə yaşayırıq. Heç kim də heç yana köçməyəcək".
axar.az