İsrail də narkotikdən istifadəni leqallaşdırır

İsrailin hakim Likud və Kaxol Lavan partiyaları ortaq bəyanat yayaraq tezliklə ölkədə çətənə istifadəsini leqallaşdıracaqlarını bildiriblər.

Bu məlumatı İsrail mətbuatı yayıb. Partiyalar həmçinin tibbi çətənə bazarında reformlara gedəcəklərini də açıqlayıb.

Partiyaların hazırladığı qanun layihəsi qəbul edilərsə, o zaman 21 yaşından yuxarı hər kəsə çətənədən istifadəyə izn veriləcəyi vurğulanıb. İstifadənin yalnız təhlükəsizlik sistemi işçiləri üçün qadağan olunacağı açıqlanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31