Cadugərlikdə ittiham olunan şəxs diri-diri yandırıldı
10 İyun 2020 14:37 DünyaQvatemalada dəhşətli hadisə qeydə alınıb.
Olaylar.az xəbər verir ki, Peten bölgəsində İngilis elm adamları ilə yeni araşdırmalar aparmaq üçün razılaşan 56 yaşlı Dominqo Çok Çe adlı yerli "Maya şəfaçısı" xalq tərəfindən cadugərlikdə ittiham olunub. Bu səbəblə diri-diri yandırılan Çe həyatını itirib. Həmin anlar hadisə şahidləri tərəfindən görüntülənib.
Qvatemala prezidenti Alexandro Giammattei prokurorlara hadisə bağlı cinayət işi açılması üçün təlimat verib. Faktla bağlı araşdırma aparılır.
Primetime.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31