Polşada eynicinsli nikaha icazə verilməyəcək

Polşa Prezidenti Ancey Duda ölkədə eynicinsli evliliyə və eynicinslilərin övladlığa uşaq götürmələrinə yol verilməyəcəyini bildirib. Olaylar.az xəbər verir ki, Duda ailə institutunun qorunmasının dövlətin sabitliyi üçün çox vacib olduğunu vurğulayıb.

"Ailə, konstitusiyamızın normalarına uyğun olaraq qadın və kişinin birliyidir. Konstitusiyanın yol verdiyi bu yeganə ailə formasından başqa digər hər hansı ailə formasına icazə verilməyəcək".

Prezident, həmçinin eynicinsli cütlüklərin övladlığa uşaq götürülməsinə də icazə verilməyəcəyini söyləyib:

"Uşaqların eyni cinsdən olan cütlüklər tərəfindən övladlığa götürülməsinə dair razılığımız yoxdur. Belə bir qərara cəmiyyətimizdə yer olmadığı şübhəsizdir. Bu, yad bir ideologiyadır. Və hazırda onun ölkəmizdə hər hansı bir qanuni formada tətbiq olunacağına razılıq yoxdur".

Xatırladaq ki, iyunun 28-də Polşada prezident seçkiləri keçiriləcək. Ölkənin hakim "Hüquq və ədalət" partiyası Dudanın ikinci müddətə namizədliyini irəli sürüb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31