Küveyt üç aylıq fasilədən sonra məscidlərin açılışına icazə verib

Bu barədə Küveytin Vəqfiyyat və İslami İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, bu gündən etibarən ölkədə məscidlərin açılışına icazə verilib.

Lakin qeyd edilib ki, məscidlərdə sosial məsafənin qorunmasının zəruriliyini nəzərə alaraq ərazisinə görə maksimum 40 inanclının bir məsciddə toplaşmasına icazə verilir.

Qeyd edək ki, Küveytdə məscidlər 13 martdan bağlıdır. Bu ölkə körfəz ərəb dövlətləri arasında karantin rejimini tətbiq edən ilk ölkədir. Burada indiyədək 33,140 şəxsin koronavirusa yoluxduğu və onlardan 273 xəstənin öldüyü bildirilir.

interaztv.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31