Ermənistanda keçmiş maliyyə nazirinin ikinci oğlu da həbs edildi

Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçatryanın oğlu Artyom Xaçatryanın vəkilləri istintaq orqanı tərəfindən ona edilən ittiham zamanı kobud qanun pozuntuları barədə məlumat verdilər.

O, Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham olunur. Artyom Xaçatryana qarşı axtarışa verilməklə həbs qətimkan tədbiri seçilib. Bu haqda informasiya əvvəllər "Haykakan Jamanak" qəzetinə Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinin müdiri tərəfindən verilib.

Açıqlamada müdafiəçi bütün prosesin vəkillərdən gizli şəkildə edildiyini söylədi. İttiham aktından əvvəl, nə də sonra axtarışa verilməsi barədə müdafiə tərəfinə məlumat verilməyib.

"Hətta axtarışlar zamanı Artyom Xaçatryana istintaq qurumuna hesabat vermək üçün heç bir bildiriş verilmədi. Ancaq bu, Artyom Xaçatryanın heç bir səbəb olmadan axtarıldığını elan etməyə mane olmadı" deyib.

Son aylarda Xaçatryan ailəsi hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. 30 apreldə başqa bir oğlunun - Qurgenin evində və ofislərində axtarışlar aparıldı. Sonuncu rüşvət verməkdə ittiham olunur. Bundan başqa o da axtarışa verilib və qiyabi həbs edilib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31