Ermənistanda nazir müavinləri koronavirusa yoluxdu
10 İyun 2020 14:24 DünyaErmənistanın Əraziidarəetmə və infrastruktur nazirinin iki müavini koronavirusa yoluxub. Bu barədə nazir Suren Papikyan bildirib.
"Mənim iki müavinim koronavirusa yoluxub. Ancaq indi sağalıblar", - Papikyan deyib.
Xatırladaq ki, bu günə olan məlumata görə, Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma sayı 14 103-ə çatıb. Son gün ərzində 428 yeni yoluxma hadisəsi aşkarlanıb. Ümumilikdə 227 nəfər ölüb (son 24 saatda 10 nəfər).
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31