Prezidentin mətbuat katibi virusdan sağaldı: Təcriddə saqqal saxlayıb

Kremlin mətbuat katibi Dmitri Peskov artıq ofis şəraitində işə qayıdıb.

Bu barədə o özü bildirib.

Xəstəxanda bir neçə həftə keçirdikdən sonra Kremlin mətbuat katibi koronavirusdan tam sağalıb.

Arvadı Tatyana Navka ilə birlikdə müalicə olunan Peskov 25 maydan sonra ev şəraitində müalicəsini davam etdirib.

"Mən artıq bazar ertəsindən ofisdə işləyirəm",-deyə Peskov bildirib.

Təcrid vaxtında Peskov saqqal saxlayıb. Ancaq ofisdə işə qayıdan kimi saqqalını qırxıb.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31