Kolumbun heykəlini söküb gölə atdılar - Video
10 İyun 2020 13:51 DünyaVirciniya ştatının Riçmond şəhərində etirazçılar Amerika qitəsini kəşf edən ilk səyyah Xristofor Kolumbun abidəsini sökərək gölə atıblar.
Ötən gün təxminən 1000 nəfər Börd Parkına toplaşaraq etiraz aksiyası keçirib. Şahidlərin sözlərinə görə, etirazlar dinc xarakterli başlasa da yerli vaxtla saat 20:30-da etirazçılar iplərdən istifadə edərək Kolumbun abidəsini söküblər. Daha sonra isə etirazçılar heykəli parkın yaxınlığında yerləşən gölə atıblar.
Etirazçılardan birinin sözlərinə görə, sözügedən aksiya öncədən planlaşdırılmayıb.


qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31