Daha bir FETÖ məktəbinin fəaliyyəti dayandırıldı
10 İyun 2020 13:07 DünyaGürcüstanın Şota Rustaveli İbtidai Liseyinin lisenziyası ləğv edilib.
Olaylar.az xəbər verir ki, məktəbin Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi aşkarlanıb.
Lisenziyanı Gürcüstan Təhsilin Keyfiyyətini İnkişaf Mərkəzi ləğv edib. Mərkəzdən verilən açıqlamada bildirilib ki, illik tədris planı ilə məktəbin tədris şərtləri arasında uyğunsuzluq müəyyən edilib. Buna görə də lisenziyası ləğv olunub.
Gürcüstan qanunlarına görə, lisenziyası ləğv olunan məktəblərdə qərarın verildiyi gündən tədris dayandırılır.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər FETÖ ilə əlaqələri aşkarlanan 4 məktəb bağlanıb. Hazırda ölkədə FETÖ-nün nəzdindəki Beynəlxalq Qara Dəniz Universiteti fəaliyyətini davam etdirir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31