Müstəmləkəçi Belçika kralının heykəli götürülüb

Müstəmləkəçi Belçika kralının heykəli götürülüb

Polis zorakılığı səbəbiylə ABŞ-da həyatını itirən qara Amerikalı Corc Floyddan sonra Belçikadakı etirazlar zamanı zərər görən müstəmləkəçi II. Leopoldun heykəli yerindən çıxarıldı.  Belçika Atverpen şəhərinin meri Koen Palinckx Ekerendəki heykəlin bərpa üçün çıxarıldığını açıqladı. Heykəlin bərpa edildikdən sonra yenidən yerinə qoyulub qoyulmayacağı məlum deyil.

Antverpen şəhərinin Ekeren rayonunda, II. Leopoldun heykəli 1873-cü ildə qoyulub.

Son illərdə 19-cu əsrdə Konqo istismar edən II. Leopoldun heykəlinə edilən hücumların sayında böyük artım müşahidə edildi.

Ağır zədələnmiş heykəlin Antverpenin Middelheim muzeyində bərpa ediləcəyi bildirildi. Heykəlin daha sonra muzey kolleksiyasına əlavə edilməsi ehtimalı var.

Ötən günlərdə II. Leopoldun heykəllərinin qaldırılması üçün onlayn müraciət başladı.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31