Türkiyədə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin əksəriyyəti ləğv edilir

Türkiyədə yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən məhdudiyyətlərin əksəriyyəti ləğv edilir.

Bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib: "Biz mövcud vəziyyəti qiymətləndirdik və nəticələrini bildiririk. Yaşı 18-dən aşağı olan şəxslər üçün küçəyə çıxmaq qadağasını tam ləğv edirik. Yaşı 65-dən yuxarı olan şəxslər saat 10:00-dan 20:00-dək küçəyə çıxa bilərlər. Kinoteatrlar, teatrlar, sərgi zalları iyulun 1-dən etibarən müəyyən şərtlərlə işləyəcəklər. İyulun 1-dən həmçinin toy salonları da fəaliyyətini bərpa edəcək. Bundan əlavə, kafe, restoran və yeməkxanaların iş saatı saat 00:00-dək uzadılır".

T.Ərdoğan əlavə edib ki, Türkiyənin Elmi və Texniki Tədqiqatlar Şurasının (TÜBITAK) alimləri COVİD-19-un müalicəsi üçün "Favipiravir" dərmanını uğurla sintezləşdirə bildilər.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31